...

Gəncədə yaşayış binasındakı yanğın söndürülüb (VİDEO) (YENİLƏNİB-2)

Hadisə Materials 29 Mart 2024 00:14 (UTC +04:00)
Gəncədə yaşayış binasındakı yanğın söndürülüb (VİDEO) (YENİLƏNİB-2)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə şəhərində yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

xxx

23:41

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhərində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

xxx

23:12

Gəncədə yanğın hadisəsi baş verib.

Trend-in məlumatına görə, yanğın Heydər Əliyev prospektində yerləşən qeydə alınıb.

Məlumata əsasən, yanğın 5 mərtəbəli yaşayış binasında başlayıb.

Əraziyə dərhal FHN-nin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti