...

Bərdədə fərdi evdə yanğın: azyaşlı ölüb (FOTO)

Hadisə Materials 1 Aprel 2024 12:24 (UTC +04:00)
Bərdədə fərdi evdə yanğın: azyaşlı ölüb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə fərdi yaşayış evinin yanması nəticəsində 5 yaşlı uşaq ölüb.

Trend-in yerli müxbiri xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb.

Belə ki, Mirzəyev Elmir Əsgər oğluna məxsus iki mərtəbəli 8 otaqlı fərdi yaşayış evində yanğın baş verib. Əraziyə dərhal FHN-nin Bərdə yanğından mühavizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının qarşısı alınıb. Alov söndürülüb. Hadisə nəticəsində 2019-cu il təvəllüdlü Həsənov Rəfayıl Rauf oğlu Bərdə Rayon Mərkəzi Xəsdəxanasında dünyasını dəyişib. İki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti