Bakı. Trend:
Zərdab rayonunun Cilovxanlı kəndində ümumi sahəsi 360 m² (hər mərtəbəsi 180 m²) olan ikimərtəbəli 9 otaqlı evin dam örtüyünün və 6 otağının yanar konstruksiyaları 285 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.