...

Ağır qəzada yaralanan şəxs xəstəxanada ölüb

Hadisə Materials 6 Aprel 2024 09:58 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda 3 avtomobilin iştirakı ilə baş verən qəzada yaralanan şəxs xəstəxanada ölüb.

Trend xəbər verir ki, aprelin 4-də axşam radələrində “Koroğlu” metrostansiyası yaxınlığında 3 avtomobilin iştirakı ilə qəza baş verib.

Belə ki, 1999-cu il təvəllüdlü Hüseynli Behbud İsa oğlu idarə etdiyi “Ford Fusion” markalı avtomobillə “Koroğlu” metrostansiyasından üzü şəhər istiqamətində hərəkətdə olarkən qarşısında 1969-cu il təvəllüdlü Abbasov Fazil Musa oğlunun həmin istiqamətdə idarə etdiyi “VAZ-2107” markalı avtomobilin arxa hissəsindən dəyib. Daha sonra o, yolun ortasında olan baryerin üzərindən keçərək əks istiqamətdə hərəkətdə olan 1982-ci il təvəllüdlü Vəliyev Emin Rizvan oğlunun idarə etdiyi “Lexus GX-460” markalı avtomobilin qabaq hissəsi ilə toqquşub.

Nəticədə B.Hüseynli, E.Vəliyev, F.Abbasov və onun sərnişini Abdullazadə Vüsal Şöhrət oğlu aldıqları xəsarətlərdən Klinik Tibbi Mərkəzə yerləşdirilib, sərnişin V.Abdullazadə isə aldığı xəsarətlərdən 05.04.2024-cü il tarixdə xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti