...

Binəqədidə yük və minik maşınları toqquşub: ölən var

Hadisə Materials 12 Aprel 2024 09:40 (UTC +04:00)
Binəqədidə yük və minik maşınları toqquşub: ölən var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Novxanı-Pirşağı avtomobil yolunda qeydə alınıb.

Belə ki, 09.04.2024-cü il tarixdə saat 14:00 radələrində Qarayev Mübariz Nizami oğlu idarə etdiyi “Hyundai” markalı yük avtomobili ilə Allahverdiyev Mahir Adif oğlunun idarə etdiyi “Kia-sorenta” markalı avtomobil toqquşub. Nəticədə hər 2 sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Sumqayıt şəhər Təcili Yardım xəstəxanasına yerləşdirilib.

M.Allahverdiyev aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi RPİ-də araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti