...

İsmayıllıda göldə bir nəfər batdı (VİDEO)

Hadisə Materials 24 May 2024 15:14 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Kürdmaşı kəndi yaxınlığındakı süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Trend xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Dalğıclar tərəfindən süni göldə batmış 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti