...

Abşeronda evlərdən külli miqdarda pul və qızıl oğurlandı

Hadisə Materials 27 İyun 2024 10:52 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeronda bir neçə ev soyulub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 3 evdən ümumi dəyəri 7300 manatdan çox olan məişət əşyaları, mobil telefon, noutbuk və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Hilal Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti