...

Mingəçevirdə iki maşın toqquşdu

Hadisə Materials 10 İyul 2024 09:09 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mingəçevir şəhərində "Opel" və "ВАЗ" markalı iki minik avtomobili toqquşub.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə ”ВАЗ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti