Bakı. Trend:
Lənkəran şəhərinin Qumbaşı kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.