Bakı. Trend:
İlkin məlumata görə, yerli vaxtla saat 03:47-də Xəzər dənizində 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 77 kilometr dərinlikdə yerləşib.