...

Binədə müxtəlif vaxtlarda oğurluq edən şəxs saxlanıldı

Hadisə Materials 15 Oktyabr 2024 11:01 (UTC +04:00)
Binədə müxtəlif vaxtlarda oğurluq edən şəxs saxlanıldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Binədə müxtəlif vaxtlarda oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Binə qəsəbəsi ərazisində müxtəlif vaxtlarda 2 evdən 2300 manat dəyərində qızıl-zinət əşyaları və 600 manat pul, bir avtomobil təmiri sexindən isə 6000 manat dəyərində ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən 22 yaşlı R.Nuriyev müəyyən olunaraq saxlanılıb.

Ondan metamfetamin aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti