...

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Hadisə Materials 22 Fevral 2025 12:44 (UTC +04:00)
Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkarlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursat aşkarlanaraq götürülüb.

Bu barədə Trend-ə DİN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

"Fevralın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 3 qumbara, 15 tüfəng, 4 patron darağı və 72 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər", - məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti