Bakı. Trend:
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 24-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 pulemyot,
3 tapança, 14 tüfəng, 7 patron darağı və 407 ədəd müxtəlif çaplı
patron aşkar edərək götürüblər.