Bakı. Trend:
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının qarşısında avtomobil yanıb.
Trend xəbər verir ki, ilkin məlumata görə yanğına səbəb həmin ərazidə yandırılan tonqal olub.
Belə ki, axşamdan yandırılan tonqal yaxşı sönməyib. Klinikanın həkimi bilmədən avtomobilini tonqal qalıqları olan ərazidə saxlayıb və avtomobil yanmağa başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.