...

Xəzər rayonunda dələduzluq edən şəxslər saxlanılıb

Hadisə Materials 12 Mart 2025 14:14 (UTC +04:00)
Xəzər rayonunda dələduzluq edən şəxslər saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend

Xəzər rayonu ərazisində bir nəfərin dələduzluğa məruz qalması barədə polisə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə zərərçəkənin 22300 manatını aldadaraq ələ keçirməkdə şübhəli bilinən 36 yaşlı Ə.Abbasov və 23 yaşlı S.Salikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti