...

Sumqayıtda avtomobil yanıb (VİDEO)

Hadisə Materials 12 Mart 2025 17:40 (UTC +04:00)
Sumqayıtda avtomobil yanıb (VİDEO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobildə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "MERCEDES" markalı minik avtomobilinin idarəetmə lövhəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsində elektrik avadanlıqları yanıb.

Avtomobil yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti