Bakı. Trend:
Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində avtomobili narkotik vasitələrin təsiri altında idarə edən sürücü saxlanılıb.
Trend-in əldə etdiyi məlumata görə, tibbi müayinə zamanı onun marixuana istifadə etdiyi məlum olub.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.