...

İmişlidə avtoxuliqanlıq edən şəxs saxlanıldı

Hadisə Materials 18 Mart 2025 15:15 (UTC +04:00)
İmişlidə avtoxuliqanlıq edən şəxs saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İmişlidə avtoxuliqanlıq edən şəxs saxlanılıb.

Trend-in əldə etdiyi məlumata görə, İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində idarə etdiyi “VAZ” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən rayon sakini İ.Nurullayev saxlanılıb.

Belə ki, sürücü barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Nurullayevin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti