...

Beyləqanda traktorla avtomobil toqquşub, xəsarət alan var

Hadisə Materials 28 Mart 2025 20:22 (UTC +04:00)
Beyləqanda traktorla avtomobil toqquşub, xəsarət alan var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Beyləqan. Trend:

Beyləqan rayonu ərazisində traktor və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası olub.

Trend-in bölgə müxbiri xəbər verir ki, hadisə saat 18 radələrində Beyləqan-Daşburun avtomobil yolunun Əlinəzərli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Niva" markalı avtomobil traktorun aqreqat qoşqusuna çırpılıb. Hadisə nəticəsində xəsarət alan şəxs Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 1944-cü il təvəllüdlü şəxsə bazu sümüyünün aşağı ucunun mil-dirsək sümüyünün yerdəyişmiş açıq sınığı diaqnozu təyin edilib. Vətəndaş müayinə və müalicədən imtina edərək yaxınları tərəfindən paytaxtdakı özəl tibb müəssisələrinin birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti