...

Balakəndə avtoxuliqanlıq edən sürücü həbs edildi (FOTO/VİDEO)

Hadisə Materials 10 Aprel 2025 11:36 (UTC +04:00)
Balakəndə avtoxuliqanlıq edən sürücü həbs edildi (FOTO/VİDEO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “saxla” əmrinə tabe olmayaraq avtoxuliqanlıq edən sürücü Sahib Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, o, idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yol hərəkəti qaydalarını davamlı olaraq kobud şəkildə pozub və digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

"Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə S.Abdullayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati həbs edilib",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti