...

Mingəçevirdə küçələri su basıb (FOTO)

Hadisə Materials 16 Aprel 2025 15:48 (UTC +04:00)
Mingəçevirdə küçələri su basıb (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İntensiv yağıntı nəticəsində Yevlaxın əkin sahələrinin suvarılması üçün istifadə edilən Havarlı suvarma arxı Mingəçevir şəhəri ərazisindən keçən hissədə daşıb.

Şəhər İcra Hakimiyyətindən Trend-in yerli müxbirinə verilən məlumata görə, arxın daşması nəticəsində bəzi küçələrə və 18 yaşayış evin həyətyanı sahələrinə su dolub.

Qeyd edilib ki, əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Yaranmış fəsadlarların aradan qaldırılması istiqamətində müvafiq işlər görülür. Şəhərdə yağıntılı hava şəraiti davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti