Bakı. Trend:
İtkin düşən 14 yaşlı yeniyetmə axtarılır.
Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhər sakini fiziki məhdudiyyətli 14 yaşlı Ömər Yaqubov yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
"Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzinə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinin (018) 654-02-02, (018) 655-76-65 şəhər və (+994)50-384-84-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur",- deyə əlavə edilib.