...

Yevlaxda kişi torpaq üstündə həmkəndlisini qətlə yetirdi

Hadisə Materials 24 İyul 2025 09:42 (UTC +04:00)
Yevlaxda kişi torpaq üstündə həmkəndlisini qətlə yetirdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Yevlaxda kişi torpaq üstündə həmkəndlisini qətlə yetirib.

Trend-in əldə etdiyi məlumata görə, hadisə bu gün saat 7 radələrində Yevlax rayonu Malbinəsi kəndinin ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1957-ci il təvəllüdlü Əli Həsən oğlu Rəsulov torpaq üstündə düşən münaqişə zəminində həmkəndlisi, 1985-ci il təvəllüdlü Ruslan Xanlar oğlu Mustafayevi ov tüfəngi ilə qətlə yetirib.

Ə.Rəsulov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti