Bakı. Trend:
“112” qaynar telefon xəttinə Ağdam rayonunun Gülablı, Abdal və Xocavənd rayonunun Sos kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Trend-in Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, məlumat əsasında dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir. Əlavə məlumat veriləcək.