...

Tərtərdə kanalda bir nəfər boğularaq ölüb, üç nəfər xilas edilib (YENİLƏNİB-2)

Hadisə Materials 3 Avqust 2025 19:13 (UTC +04:00)
Tərtərdə kanalda bir nəfər boğularaq ölüb, üç nəfər xilas edilib (YENİLƏNİB-2)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Tərtər. Trend:

Tərtər rayonunda kanalda boğularaq ölənin kimliyi məlum olub.

Trend-in yerli bürosunun xəbərinə görə, meyiti kanaldan tapılan Bərdə rayon Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.

Qeyd edək ki, Tərtərdə kanalda batan Bərdə sakinlərindən üç nəfəri FHN-nin əməkdaşları kanaldan çıxararaq xilas edib.

xxx

18:02

Tərtərdə kanalda batan Bərdə sakinlərindən bir nəfərinin meyti tapılaraq kanaldan çıxarılıb.

Trend-in yerli bürosunun xəbərinə görə, meyit beton kanalın Tərtər rayon Borsunlu kəndi ərazisindən keçən hissəsində tapılıb. Hazırda meytin aidiyyatı üzrə təhvil verilmə prosesi aparılır.

Faktla bağlı araşdırma başlanıb meytin kimliyi araşdırılır.

xxx

17:38

Tərtər rayonunda 4 nəfər kanala düşüb.

Trend xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Suqovuşandan çəkilən yeni beton kanala 4 nəfər Bərdə rayon sakinləri çimmək üçün kanala atılıb. Kanal bol sulu olduğundan kanalda olan 4 nəfəri də axın vurub aparıb. Kənd sakinləri kanalda axan bir nəfərin sağ xilas edərək təcili yardım maşını ilə rayon xəstəxanasına çatdırıb. Bir nəfəri isə ölü halda kanalda axaraq rayonun Dəmirçi istiqamətinə keçdiyini bildiriblər. Digər 2 nəfərdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisə baş verən ərazidədirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti