Bakı.Trend:
Astarada sürücünün həyatını itirməsi ilə nəticələnən qəza baş verib.
Trend xəbər verir ki, hadisə oktyabrın 12-də qeydə alınıb.
Belə ki, oktyabrın 12-si saat 10 radələrində Cəsarət Əliyev idarə etdiyi “VAZ 21214” markalı avtomobillə Astara rayon Təngərüd kəndindən Pensər kəndi istiqamətində hərəkətdə olarkən yolun sol tərəfinə dönən 1965-ci il təvəllüdlü Kamran Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobili ötmək istəyən zaman həmin avtomobilin sol tərəfi ilə toqquşub.
Hadisə nəticədə Kamran Məmmədov həmin yerində ölüb, Cəsarət Əliyev isə aldığı bədən xəsarətləri ilə Lənkəran rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Astara RPŞ-nin İstintaq bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanmışdır, hazırda istintaq aparılır.
