...

Zərdabda pirotexniki vasitələr satan şəxslər müəyyən olunub

Hadisə Materials 24 Dekabr 2025 15:20 (UTC +04:00)
Zərdabda pirotexniki vasitələr satan şəxslər müəyyən olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Zərdabda pirotexniki vasitələr satan şəxslər müəyyən olunub.

Trend-in məlumatına görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə gizli şəkildə pirotexniki vasitələrin satışını təşkil edən Y.Muradov, E.Qoçayev və V.Nəbizadə saxlanılıblar.

Belə ki, həmin şəxslərdən müxtəlif növ pirotexniki və tezalışan vasitələr aşkarlanaraq götürülüb.

Şöbə əməkdaşları tərəfindən adıçəkilən şəxslər barəsində protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti