Bakı.Trend:
Saatlıda piyadanın ölümü ilə nəticələnən qəza baş verib.
Trend-in
məlumatına görə, 25.01.2026-cı il tarixdə saat 22 radələrində
1980-cı il təvəllüdlü Mənsimov Fizuli Hilal oğlu idarə etdiyi
“Mitsubishi Pajero” markalı avtomobil ilə hərəkətdə olarkən yolu
keçən piyada 1981-ci il təvəllüdlü İsgəndərov Hikmət Qəhrəman
oğlunu vurması nəticəsində piyada hadisə yerində ölüb.
Faktla bağlı Saatlı RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin
263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
