...

Tərtərdə yol qəzasında bir nəfər həyatını itirib

Hadisə Materials 10 Fevral 2026 11:45 (UTC +04:00)
Tərtərdə yol qəzasında bir nəfər həyatını itirib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Trend-in yerli müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Seydimli kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini İxtiyar Cəfərovun idarə etdiyi “JAC” markalı minik avtomobili hərəkətdə olarkən sürücünün idarəetməni itirməsi səbəbindən yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə sərnişin qismində olan Bərdə rayon sakini, 1977-ci il təvəllüdlü Ramil Hüseynov hadisə yerində həyatını itirib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti