...

SENTYABRIN 1-NƏ OLAN KRİMİNAL XRONİKA

Hadisə Materials 2 Sentyabr 2005 15:16 (UTC +04:00)

Sentyabrın 1-də daxili işlər orqanları tərəfindən 26 cinayət faktı qeydə alınıb. Bu barədə Trend -ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 19-nun üstü açılıb.

Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 12 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib.

Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəcitəcə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

3 yanğın hadisəsi qeydə alınıb.

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 27 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti