Sentyabrın 11-də daxili işlər orqanları tərəfindən 12 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 9-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 6 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Gün ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəcitəcə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 6 yanğın hadisəsi qeydə alınıb.
Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 14 nəfər həbs edilib.