...

Yanvarın 18-nə olan kriminal xronika

Hadisə Materials 19 Yanvar 2006 14:19 (UTC +04:00)

Yanvarın 18-də daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda göstərilir ki, həmin cinayət faktlarının hamısının üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 5 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfərsə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiyinə görə 24 nəfər həbs edilib.

Xəbər lenti

Xəbər lenti