...

"Fidan" şirkəti prezidentinin qətlində 57 saylı avtobusun sürücüsü şübhəli bilinir

Hadisə Materials 6 İyun 2006 17:41 (UTC +04:00)

İyunun 6-da Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin 21-ci bölməsinin ərazisində cinayət baş verib. "Fidan" şirkətinin prezidenti Vilayət Nağdəliyev maşınla vurulub. Rayon Polis İdarəsi cinayətdə 57 saylı marşrut üzrə hərəkət edən avtobusun sürücüsü, Gəncə şəhər sakini Rüfət Məmmədovdan şübhələnir. Trend ə Nəsimi rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, cinayət törətməkdə şübhəli bilinən sürücü bir neçə gündür ki, qaçıb gizlənir.

Məlumata görə, 52 və 57 saylı marşrut üzrə sərnişindaşımanı "Fidan" şirkəti həyata keçirir. Hadisədən bir neçə gün əvvəl şirkətin sahibi Vilayət Nağdəliyevlə sürücü Rüfət Məmmədov arasında mübahisə yaranıb. Ehtimal olunur ki, həmin mübahisədən sonra R.Məmmədov V.Nağdəliyevdən qisas almaq qərarına gəlib və bir neçə gün onu güdüb və nəhayət, 3-cü mikrorayon ərazisində avtobusu piyada Vilayət Nağdəliyevin üzərinə sürərək sonuncunu vurub.

Yaralı M.Nağıyev adına TTYX-ya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar Nəsimi rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb və R.Məmmədov barəsində axtarış elan edilib.

Xəbər lenti

Xəbər lenti