Gürcüstanın azərbaycanlılar yaşayan Loqodexi rayonunun Uzunqala, Gəncəli, Qabal kəndlərində baş verən təbii fəlakətin nəticələri hələ aradan qaldırılmayıb. Trend "Lider" TV-yə istinadən xəbər verir ki, təbii fəalkət baş verən kəndlərdə ümumilikdə 1000-dən çox evə ziyan dəyib.
Ötən gün gecə saatlarında başlanan güclü yağış bu gün səhərə qədər davam edib. Nəticədə kəndin küçələrini, əkin sahələrini su basıb, torpaq yuyulub. Qabal çayı məcrasından çıxıb. Yolları sel basması nəticəsində Loqodexi rayonunun Uzunqala kəndi ilə əlaqəsi kəsilib, digər kəndələrə də ciddi ziyan dəyib.
Bu, son iki ayda həmin rayonda baş vermiş dördüncü təbii fəlakətdir.