...

İbrahim Nəbioğlu: Türkiyədəki qəzada həlak olmuş azərbaycanlının Bakıya gətirilməsi məsələsi müzakirə olunur

Hadisə Materials 17 Avqust 2006 13:58 (UTC +04:00)

Hazırda Türkiyədə baş vermiş avomobil qəzası zamanı həlak olmuş azərbaycanlının cənazəsinin Bakıya gətirilməsi məsələsi nəzərdən keçirilir. Trend in xəbər verdiyi kimi, bu barədə avqustun 17-də jurnalistlərə Azərbaycanın İstanbuldakı baş konsulu İbrahim Nəbioğlu məlumat verib. Onun sözlərinə görə, cənazənin çatdırılması yaxın günlərdə mümkün olacaq.

Xatırladaq ki, avqustun 16-da Türkiyədə avtomobilin qəzaya uğraması nəticəsində Məhəmməd Cəfərov adlı bir Azərbaycan vətəndaşı həlak olub. Daha 5 azərbaycanlı isə yaralanıb. İmdad Məmmədov, Firuzə Əliyeva, Fəxrəddin Süleymanov, Rəqsanə İsmayılova və Surxan Cəliyeva isə xəstəxanaya çatdırılıb. Türkiyə polisi hesab edir ki, qəza avtobus sürücüsünün təqsiri üzündən baş verib.

Təsdiqlənməmiş məlumata görə, sürücü sükan arxasında yatıb və nəticədə avtobus çevrilib.

Zərərçəkənlər Samsun şəhər xəstəxanasına çatdırılıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti