...

Sulutəpədəki partlayış nəticəsində Bakının bəzi yerlərinə təbii qazın verilməsi müvəqqəti dayandırılıb

Hadisə Materials 2 Dekabr 2006 12:00 (UTC +04:00)

Dekabrın 1-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində baş vermiş partlayışın fəsadlarının aradan qaldırılması ilə əlaqədar Bakının bəzi yerlərinə təbii qazın verilməsi müvəqqəti dayandırılıb. Bu barədə Trend ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Saat 11.10-da yüksək təzyiqli 700 millimetrlik magistral qaz borusundan təbii qaz sızmasından yanğın baş verib. Nəticədə qəsəbədə yaşayan Gülcənnət Məmmədovanın evinin dam örtüyü 5 kvadratmetr sahədə, Aydın Əbdülağayevin evində 22 kvadratmetr sahədə iki otağının yanar konstruksiyaları və əşyalar, Fərhad Hüseynzadəyə məxsus VAZ-2115 markalı avtomaşının mühərriki yanıb.

Faktla əlaqədar araşdırma aparılır və dəyən ziyan müəyyənləşdirilir.

Xəbər lenti

Xəbər lenti