...

Bərdədə sürücü polisi yaralayıb

Hadisə Materials 17 May 2007 20:09 (UTC +04:00)

Azərbaycan, Bərdə, / Trend müx. Ş.Cəliloğlu/ Bu gün saat 18 radələrində Bərdədə DYP-nin keçirdiyi reyd zamanı insident baş verib. Rayonun Kələntərli kənd icra nümayəndəsi, QAZ-24 markalı minik maşınını idarə edən Mobil Mirzəyev yol polisi əməkdaşı Məhəmməd İmamverdiyevlə əlbəyaxa davaya çıxıb. Nəticədə Mobil Mirzəyev polis əməkdaşının qarın nahiyəsinə 2 bıçaq zərbəsi endirib. M.İmamverdiyev təcili olaraq rayon xəstəxanasına çatdırılıb.

Rayon polis idarəsindən hadisə ilə bağlı açıqlama ala bilməsək də, xəstəxanadan yaralının vəziyətinin orta-ağır olduğunu öyrənə bildik.

Xəbər lenti

Xəbər lenti