...

Bakı-Quba-Rusiya sərhəd avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 6 İyun 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Quba / Trend müxbir A.Qafarov / Bakı-Quba-Rusiya sərhəd avtomobil yolunun 174-cü kilometrliyində çərşənbə günü səhər saat 07.00 radələrində ölümlə nəticələnən yol qəzası baş verib. Trend in bölgə müxbirinin məlumatına görə, Bakı-Mahaçkala marşrutu ilə paytaxt istiqamətinə hərəkət edən Bakı şəhər sakini Fərhad Mustafayevin idarə etdiyi 10-RT-586 dövlət nömrə nişanlı "Setra" markalı avtobus qarşıdan gələn 33 yaşlı Xaçmaz rayon Hacıəlibəy kənd sakini Eldəniz Mustafayevin idarə etdyi 27-BQ-337 dövlət nömrə nişanlı "VAZ" 2107 markalı avtomaşınla toqquşub. Nəticədə "VAZ" 2107-nin sürücüsü E.Mustafayev aldığı ağır bədən xəsarətindən hadisə yerində keçinib.

Hadisənin baş verdiyi ərazidə avtomobil yolu yarım saat ərzində bağlanıb. Əməliyyat tədbirləri başa çatdıqdan sonra nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Quba rayon Polis Şöbəsinin müstəntiqi Elxan Əfəndiyevin verdiyi məlumata görə, ilkin versiyaya əsasən, qəzanın baş verməsinə səbəb "VAZ" 2107-nin yüksək sürətlə hərəkət etməsi olub.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırma aparılır.

Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.

Xəbər lenti

Xəbər lenti