...

Şəkidə 100 hektara yaxın ərazidə yanğın baş verib

Hadisə Materials 26 İyun 2007 14:42 (UTC +04:00)

Azərbaycan. Şəki / Trend , müxbir E.Quliyev/ Şəkidə 100 hektara yaxın ərazidə yanğın baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şəki ərazi şöbəsinin müdiri Namiq Yusifov çərşənbə axşamı bildirib ki, rayon mərkəzindən 80 km məsafədə yerləşən Sarica qəsəbəsindəin otlaq ərazisindən başlanan yanğın nəticəsində 100 hektara yaxın ərazini əhatə etməklə altı hektara yaxın taxıl sahəsi məhv olub, bir neçə iri və xırda buynuzlu mal-qara tələf olub.

Şəki Yanğından mühafizə Xidmətinin rəisi Vüqar Şirinovun sözlərinə görə, hadisə ilə əlaqədar Şəki və Oğuzun yanğınsöndürənləri cəlb olunub və yanğın səkkiz saatdan sonra söndürülüb.

Şəki şəhər Prokurorluğundan isə bildiriblər ki, yanğının baş vermə səbəbləri araşdırılır. ilkin versiyaya görə, yanğına səbəb sahəyə atılmış siqaret kötüyü olub.

Şəki paytaxt Bakıdan 320 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti