...

Gəncədə polis rəisi əməliyyat zamanı avtomobillə vurulub

Hadisə Materials 11 Avqust 2007 12:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ Gəncə Şəhər Polis İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinin rəisi əməliyyat zamanı avtomobillə vurulub. Gəncə Şəhər Polis İdarəsindəki mənbədən şənbə günü Trend ə verilən məlumata görə, avqustun 10-da gecə saatlarında şöbənin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin zərərsizləşdirilməsi məqsədilə əməliyyat keçirəkən rəis Nizami Hüseynov cinayətkarların biri tərəfindən avtomobillə vurulub.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinin rəhbəri Könül Ələkbərova Trend ə bildirib ki, Hüseynov reanimasiya şöbəsinə yerləşdirilib. Ələkbərova şöbə rəisinin səhhəti və hadisə ilə bağlı məlumat verməyib. O, faktla bağlı polis idarəsində cinayət işinin açıldığını və istintaqın getdiyini deyib.

Gəncə Şəhər Polis İdarəsinin rəhbərliyi və Şəhər Prokurorluğunun mətbuatla əlaqəli işləyən məsul şəxsi məzuniyyətdə olmaları səbəbindən məlumatdan xəbərsiz olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti