...

"Neapol" İstirahət Mərkəzindəki uçqun altında 3 nəfər qalıb

Hadisə Materials 14 Avqust 2007 20:17 (UTC +04:00)
"Neapol" İstirahət Mərkəzindəki uçqun altında 3 nəfər qalıb

Azərbaycan,Bakı/ Trend , müxbir K. Zərbalıyeva/ "Neapol" İstirahət Mərkəzində aparılan tikinti zamanı baş vermiş uçqun zamanı 2 nəfər həlak olub, bir nəfər isə ağır bədən xəsarəti alıb.

Trend in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, 1962-ci il təvəllüdlü, Zəngilan rayonundan məcburi köçkün düşmüş, tikintidə briqadir işləyən Rafiq Məmmədov və Rauf adlı fəhlə dağıntının altındadır. Onların dağıntının altından çıxarılması üçün xilas etmə işləri davam etdirilir. Dağıntının altından çıxarılan Rasim adlı şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb. Dağıntı böyük bir ərazini əhatə edib. Əraziyə ağır texnika cəlb olunub. Hazırda hadisə yerində rayon polis idarəsinin, prokurorluğun, Dövlət Əmək Müfəttişliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları araşdırma aparır.

Dövlət Əmək Müfəttişliyinin sədri Nəbi Şükürov bildirib ki, tikintidə işləyən fəhlələrin müqavilə ilə işə götürüldüyünü müəyyənləşdirmək hələlik mümükün olmayıb.

Abşeron rayon prokurorunun müavini Əvəz Mövsümov bildirib ki, faktla bağlı cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti