...

"Neapol" İstirahət Mərkəzindəki uçqun altında hələ 2 nəfər qalır – Əlavə 5 (6-cı və 7-ci abzaslar əlavə olunub) (video)

Hadisə Materials 14 Avqust 2007 22:43 (UTC +04:00)
"Neapol" İstirahət Mərkəzindəki uçqun altında hələ 2 nəfər qalır – Əlavə 5 (6-cı və 7-ci abzaslar əlavə olunub)  (video)

Azərbaycan, Bakı/ Trend müxbir K. Zərbalıyeva/ "Neapol" İstirahət Mərkəzində aparılan tikinti zamanı baş vermiş uçqun zamanı bir nəfər fəhlə ağır yaralanıb, daha ikisi isə uçqun altındadır.

Trend in hadisə yerindən verdiyi məlumata görə, hazırda ərazidə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və axtarış itləri işləyir. Dağıntılar altından çıxarılan Rasim Məmmədov adlı fəhləyə Təcili Tibbi Yardım Xidməti tərəfindən yardım göstərildikdən sonra evə buraxılıb. Təcili Tibbi Yardım Xidmətindən verilən məlumata görə, zərərçəkən ayağından yüngül travma alıb.

Havanın qaralması ilə əlaqədar FHN axtarış işlərinin aparılması üçün ərazidə projektorlar quraşdırıb.

1962-ci il təvəllüdlü, Zəngilan rayonundan məcburi köçkün düşmüş, tikintidə briqadir işləyən Rafiq Məmmədov və Sumqayıtdan olan 43 yaşlı fəhlə Rauf Abdullayev isə hələ dağıntı altındadırlar.

Dağıntı böyük bir ərazini əhatə edir. Əraziyə ağır texnika cəlb olunub. Üç krandan istifadə olunan axtarış əməliyyatlarında hələ ki, insanların olduğu guman olunan yerə çatmaq mümkün olmayıb.

Trend in xüsusi müxbirinin verdiyi məlumata görə, zərərçəkənlərin qohumları hadisə yerinə daxil olmağa çalışsa da polis onları tikinti meydançasının dövrəyə alındığı hasardan içəri buraxmır. "Sizin cəmisi iki laqondanız var (kəsmək üçün alət)? Onlara 10 laqonda verin. Yoxunuzdu?",-deyə videoyazıda zərərçəkənlərdən birini qohumunun necə qışqırdığı görünür.

"Əgər imkan olsa, biz özümüz armaturları təmizləyərik. Amma bizə icazə vermirlər",-deyə Rafiq Məmmədovun əmisi oğlu Novruz Məmmədov söyləyib.

Hazırda hadisə yerində rayon polis idarəsinin, prokurorluğun, Dövlət Əmək Müfəttişliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları araşdırma aparır.

Dövlət Əmək Müfəttişliyinin sədri Nəbi Şükürov bildirib ki, tikintidə işləyən fəhlələrin müqavilə ilə işə götürüldüyünü müəyyənləşdirmək hələlik mümükün olmayıb.

Abşeron rayon prokurorunun müavini Əvəz Mövsümovun məlumatına görə, fakt üzrə cinayət işi açılıb.

Hadisə yerinə gələn zərəçəkənlərin qohumları axtarış işlərinin zəif aparılmasından narazılıq edirlər.

FHN və tikinti aparan şirkət nümayəndələrindən rəsmi şərh almaq hələ ki mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti