...

"Neapol" istirahət mərkəzinin qalıqları altında daha bir fəhlə tapılıb

Hadisə Materials 15 Avqust 2007 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müx. İ.Əlizadə / "Neapol" istirahət mərkəzinin qalıqları altında qalan daha bir fəhlə tapılıb.

Hadisə yerində olan Trend in müxbirinin verdiyi məlumata görə, xilasedicilər binanın qalıqları altından Sumqayıt sakini 43 yaşlı Rauf Abdullayevi çıxartmağa çalışırlar. Bir neçə saat öncə xilasedicilər iki uşaq atası, Zəngilandan olan məcburi köçkün 57 yaşlı Rafiq Məmmədovun cəsədini çıxartmağa müvəffəq olublar.

Dünən "Neapol" istirahət mərkəzində aparılan tikinti işləri zamanı binanın uçması nəticəsində bir fəhlə yaralanıb və ikisi qalıqlar altında qalıb. Binanın uçmasının səbəbləri hələ aydınlaşdırılmayıb. FHN-dən rəsmi şərhlər almaq hələlik mümkün olmayıb.

Abşeron Prokurorluğunun müstəntiqi Xanlar Qafarovun bildirdiyinə görə, tikinti fərdi şəxs tərəfindən aparılıb. Lakin Qafarov onun adını açıqlamayıb. Faktla Cinayət Məcəlləsinin 222.2-ci maddəsi (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan tikinti, mədən işlərinin və s. işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ) ilə cinayət işi qaldırılıb.

Xəbər lenti

Xəbər lenti