...

Dubayda qiymətli daşlardan hazırlanmış müalicəvi vanna satılıb

Maraqlı Materials 16 Noyabr 2011 14:25 (UTC +04:00)
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda keçirilən beynəlxalq zərgərlik sərgisində unikal müalicəvi vanna naməlum alıcı tərəfindən alınıb.
Dubayda qiymətli daşlardan hazırlanmış müalicəvi vanna satılıb

Azərbaycan, Bakı, 16 noyabr /Trend, müxbir X.Murtuzayeva/

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Dubayda keçirilən beynəlxalq zərgərlik sərgisində unikal müalicəvi vanna naməlum alıcı tərəfindən alınıb. O, tamamilə qiymətli daşlarla bəzədilib. Ekspertlərin sözlərinə görə, bu, onun müalicəvi effekti və 1,7 milyon dollarlıq dəyəri ilə izah edilir. Trend-in məlumatına görə, bu barədə "Russkiye Emiratı" xəbər verir.

Vannanın istehsalçısı Yaponiyanın "Kaijo" şirkətidir. Hesab edilir ki, bu, dünyada güclü müalicəvi təsirə malik bahalı daşlardan hazırlanmış ilk vannadır. "Kaijo" şirkətinin marketinq və satış direktoru Rik Birisin sözlərinə görə, vannanın hazırlanması zamanı daşların faydalı xassələri haqqında qədim traktatlardan istifadə olunub.

Məsələn, qeyri-ənənəvi təbabətdə minerallardan onların rənglərindən asılı olaraq istifadə edilməsi qəbul olunub. Hesab edilir ki, qırmızı rəng orqanizmi aktivləşdirir, göy rəng zəiflədir və iştahanı azaldır, yaşıl rəng isə əsəbləri sakitləşdirir. Müstəqil ekspertlər böyrəklərin, sidik kisəsinin və sidik yollarının iltihabı zamanı mirvari, zümrüd və sapfirdən istifadəni məsləhət görürlər.

"Minerallar kataloqu" qiymətli daşlarla bağlı aşağıdakı məlumatları verir: qan xəstəlikləri, yuxusuzluq, artrit, fəqərə sütunu xəstəlikləri, qan azlığı zamanı rubin, topaz, Ay daşı və bəbir gözündən istifadə olunur. Rubin, sapfir və bəbir gözü habelə astma, ürək çatışmazlığı və əhval-ruhiyyənin xroniki düşməsi zamanı da kömək edir .

Xəbər lenti

Xəbər lenti