...

Terapiyanın yeni metodu diabetliləri insulinə tələbatdan xilas edib

Maraqlı Materials 11 Yanvar 2012 14:02 (UTC +04:00)
Çikaqodakı İllinoys Universitetinin əməkdaşı Yun Çjaonun rəhbərliyi altında bir qrup tədqiqatçı I tip diabetin müalicəsində yeni metod təklif edib.
Terapiyanın yeni metodu diabetliləri insulinə tələbatdan xilas edib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir X.Murtuzayeva/

Çikaqodakı İllinoys Universitetinin əməkdaşı Yun Çjaonun rəhbərliyi altında bir qrup tədqiqatçı I tip diabetin müalicəsində yeni metod təklif edib. Bu, sağlam donorun göbək qanının və xəstənin gövdə hüceyrələri limfositlərinin inkubatorda birgə yetişdirilməsindən ibarətdir. Nəticədə limfositlərin orqanizmə qayıdışından sonra bədəndə insulin məhsulu bərpa olunur. Trend-in məlumatına görə, bu barədə "Eurekalert" saytı xəbər verir.

Tədqiqat müəllifləri qeyd edirlər ki, xəstənin immun sisteminin limfositləri göbək qanının hərəkətsizləşdirilmiş qanyaradıcı gövdə hüceyrələrindən yavaş-yavaş keçərək, mədəaltı vəzinin insulin istehsal edən beta hüceyrələrini dağıtmaq qabiliyyətini itirdiyini "yenidən öyrənirlər".

Qeyd etmək lazımdır ki, insulin qlükozanın orqanizmdə normal mübadiləsi üçün zəruridir. I tip diabet zamanı immun sisteminin mədəaltı vəzinin beta hüceyrələrinə hücumu nəticəsində onun sintezi pozulur. Bunun nəticəsində qlükoza qanda toplaşır və onun insanın toxumalarına daxil olması üçün insulin preparatının daimi ineksiyası tələb olunur.

Çikaqo alimlərinin sınaqlarında limfositlərlə gövdə hüceyrələrinin birgə inkubasiyası 2 saatdan 3 saatadək davam edib, xəstənin orqanizmində fərdi insulinin istehsalında ilk irəliləmə 12 həftədən sonra qeydə alınıb.

Beta hüceyrələrin funksiyalarının bərpasının göstəricisi C-peptid olub. Bu birləşmə insulinin sintezinin əlavə məhsuludur. Qanda C-peptidin qatılığının müəyyən edilməsi beta hüceyrələrin insulin hasil etmək qabiliyyətini xarakterizə etməyə imkan verir. C-peptidin kifayət qədər yüksək səviyyəsi bütün I tip diabet xəstələrinin qanında 24 həftə ərzində qalır.

Gövdə hüceyrələrinin öyrədilməsi ilə terapiyanın sınaqlarında 15 nəfər iştirak edib. Araşdırmanın nəticələri "BMC Medicine" jurnalında dərc edilib.

Xəbər lenti

Xəbər lenti