Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir M.Salmanov/
İtaliyanın Toskana əyalətinin yaxınlığında yerləşən və insanın məskunlaşmadığı Montekristo adası zəhərli bombalar vasitəsilə təmizlənəcək. Bu barədə çərşənbə axşamı Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, adanın bombalanmasına səbəb oranın minlərlə qara siçovul tərəfindən "istila edilməsidir".
Gəmiricilərin adaya bir neçə il əvvəl gəmilərlə gəldiyi və saylarının getdikcə artdığı hesab edilir. Bioloqlar siçovulların adanın ekoloji balansına təhlükə törətdiyi qənaətindədirlər.
Hər kvadratmetrinə 1 siçovulun düşdüyü adanın gəmiricilərdən təmizlənməsi üçün təxminən 26 ton ağırlığında zəhərli bombalar atılacaq.