...

Əfqanıstanda dünyanın ən böyük Quranı hazırlanıb

Maraqlı Materials 19 Yanvar 2012 10:37 (UTC +04:00)
Əfqanıstandan olan xəttat beş illik ağır zəhmətdən sonra dünyada ən böyük Quran kitabını ərsəyə gətirib.
Əfqanıstanda dünyanın ən böyük Quranı hazırlanıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend/

Əfqanıstandan olan xəttat beş illik ağır zəhmətdən sonra dünyada ən böyük Quran kitabını ərsəyə gətirib. Trend-in "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kabil Mədəniyyət Mərkəzinin məlumatında deyilir.

Quranın uzunluğu 2,28 metr, eni 1,55 metrdir. Üzəri basmanaxışla bəzədilmiş kitabın üz qabığının hazırlanmasına 21 keçi dərisi lazım olub. Kitabın çəkisi 500 kiloqramdır.

Xəttat Məhəmməd Sabir Hedri və onun 9 şagirdi tərəfindən yaradılan 218 səhifədən ibarət kitab yarım milyon dollara başa gəlib. Mətn qızıl şriftlərlə yazılıb və müxtəlif rəngli nöqtələrdən ibarət simvolik təsvirlərlə bəzədilib.

"Mən bu müqəddəs kitabın gözəl görünməsi üçün mümkün qədər daha çox parlaq rənglərdən istifadə etmişəm", - Hedri deyib.

Bundan əvvəlki rekordçu isə ötən il Tatarıstanda təqdim olunan və ölçüsü 2 metrin 1,5 metr nisbətində olan Quran kitabı olub. O İtaliyanın "Reverra LTD" şirkəti tərəfindən hazırlanıb və Ginnesin rekordlar kitabına düşüb. Onun səhifələrinin sayı 632, çəkisi isə 800 kiloqram olub. Kitabın səhifələri şotland kağızından, üz qabığı isə yarıqiymətli malahit və yəşəm daşlarından, fianitlərdən, qızıl və gümüş zərindən hazırlanıb.

Xəbər lenti

Xəbər lenti