...

Yaponiyalı yarım saat ərzində 337 toyuq qanadı yeməklə rekorda imza atdı

Maraqlı Materials 3 Fevral 2012 20:37 (UTC +04:00)
ABŞ-da yarım saat ərzində 337 toyuq qanadı yeyən yaponiyalı Takeru Kobayaşi bu sahədə yeni rekorda imza atıb. Bu barədə cümə günü Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir
Yaponiyalı yarım saat ərzində 337 toyuq qanadı yeməklə rekorda imza atdı

Azərbaycan, Bakı, 3 fevral/Trend müxbir M. Salmanov/

ABŞ-da yarım saat ərzində 337 toyuq qanadı yeyən yaponiyalı Takeru Kobayaşi bu sahədə yeni rekorda imza atıb. Bu barədə cümə günü Trend Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Məlumata əsasən, Filadelfiya ştatında təşkil edilən yarışda Kobayaşi təxminən 20 min tamaşaçının qarşısında yarım saat ərzində 337 toyuq qanadı yeməyi bacarıb.

Yeni rekorda imza atan Kobayaşi 20 min dollarlıq mükafata sahib çıxıb.

Bu sahədə əvvəlki rekord kanadalı Conatan Skibə məxsus olub. Belə ki, o, ötən il yarım saata 225 toyuq qanadı yemişdi.

Xəbər lenti

Xəbər lenti