...

Kanadaya 100 kiloqramlıq meteorit düşüb

Maraqlı Materials 23 Fevral 2012 20:33 (UTC +04:00)
Kanadanın mərkəzi hissəsində atmosferin sıx qatlarına daxil olan iri meteorit müşahidə edilib.
Kanadaya 100 kiloqramlıq meteorit düşüb

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir M.Salmanov/

Kanadanın mərkəzi hissəsində atmosferin sıx qatlarına daxil olan iri meteorit müşahidə edilib. Bu barədə cümə axşamı Trend Rusiya KİV-ə istinadən məlumat verir.

Kalyari Elmi Mərkəzinin astronomu Don Hladek meteoritin trayektoriyasının müəyyən hissəsini xüsusi kamera ilə çəkə bilib.

İlkin hesablamalara görə, onun çəkisi 100 kiloqrama çatıb. Meteoritin sürəti saniyədə təxminən 20 kilometr olub ki, bu da səs sürətindən təxminən 60 dəfə çoxdur.

Kanadalı astronomun sözlərinə görə, meteoritin işığı Aydan daha parlaq olub. "Bəziləri gurultu eşidiblər. Yəqin bu, meteoritin hissələrə parçalandığı an baş verib", - o qeyd edib.

Kanada qanunvericiliyinə əsasən, meteorit üzərində mülkiyyət onun aşkar edildiyi sahənin sahibinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti