...

Oturaq həyat keçirən qadınların diabetə yoluxma riski daha çoxdur

Maraqlı Materials 26 Fevral 2012 12:11 (UTC +04:00)
ABŞ-da dərc olunan bir tibb jurnalında yayımlanan açıqlamaya görə, oturaq işdə çalışan və ya gündə ən azı 7 saat masa arxasında əyləşən qadınların 2-ci tip diabetə yoluxma ehtimalı hərəkətli həyat tərzi keçirənlərə nisbətən daha çoxdur.
Oturaq həyat keçirən qadınların diabetə yoluxma riski daha çoxdur

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir X.Murtuzayeva/

ABŞ-da dərc olunan bir tibb jurnalında yayımlanan açıqlamaya görə, oturaq işdə çalışan və ya gündə ən azı 7 saat masa arxasında əyləşən qadınların 2-ci tip diabetə yoluxma ehtimalı hərəkətli həyat tərzi keçirənlərə nisbətən daha çoxdur. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hürriyət" qəzeti yazır.

Aparılan qan testləri belə qadınların diabetə yoluxma ehtimalının yüksək olduğunu göstərib.

Lakin araşdırma zamanı kişilərlə bağlı belə bir nəticə əldə edilməyib. Alimlər bunun səbəbini hərəkətsizliyin qadın metabolizminə çox təsir etməsində görürlər.

59 və ondan yuxarı yaşlı 505 qadın və kişi üzərində aparılan tədqiqatda hər könüllüdən günün neçə saatı oturaq vəziyyətdə keçirdikləri soruşulub. Eyni zamanda qanda aşkarlanan və diabetə səbəb olan maddələrin səviyyəsi ölçülüb.

Çox uzun müddət oturaq vəziyyətdə işləyən qadınlarda insulinin səviyyəsi çox yuxarı olub. Qeyd edək ki, orqanizmdə insulin lazımsız miqdarda olduqda bədən ona müqavimət göstərir ki, bu da 2-ci tip diabetin inkişafına yol açır.

Xəbər lenti

Xəbər lenti